Sunak İngiltərədə ucuz pivənin olmasını Brexit-in nəticəsi adlandırıb
Britaniyanın baş naziri Rişi Sunak Britaniyanın Aİ-dən çıxmasının (Brexit) ölkənin barlarına daha ucuz pivə gətirəcəyini deyib.
AFN.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
"Biz spirtli içkilərə aksiz vergilərini dəyişdik, nəticədə bu yay siz daha ucuz pivə əldə edə biləcəksiniz" - Sunak belə deyib. Baş nazirin sözlərinə görə, Brexit ölkə iqtisadiyyatına müsbət təsir göstərib, artım qeydə alınıb və əhalinin gəlirləri gözlənilənləri xeyli üstələyir.
2016-cı ildə Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün referendum keçirib. Səs verənlərin 51,9 faizi çıxmaq qərarını dəstəkləyib. Əhalinin 48,1%-i ölkənin Aİ üzvlüyünün saxlanmasına səs verib. Bu proses qısaldılmış olaraq Brexit adlandırıldı. 2020-ci il fevralın 1-də Böyük Britaniya Aİ-ni rəsmən tərk edib.
2022-ci ilin sonunda Britaniya şirkətlərinin təxminən yarısının Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra qüvvəyə minən yeni qaydalar səbəbindən çətinliklər yaşadığı bildirilirdi.