Britaniyalılar Brexit-dən sonrakı problemlərdən danışıb
Britaniyalıların 63%-i Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından (Brexit) sonra daha çox problem yaşadıqlarına inanır.
Bu barədə mayın 28-də “The Guardian” qəzeti Focaldata agentliyinin araşdırmasına istinadən yazıb.
Sorğuya əsasən, respondentlərin yalnız 21%-i Brexit-dən sonra daha çox problemin həll olunduğuna inanır.
Həmçinin qeyd edilir ki, hazırda sorğuda iştirak edənlərin 53%-i Böyük Britaniya hökumətinin Aİ ilə daha sıx əlaqələrə can atmasını istəyir. Respondentlərin 14%-i əks fikirdədir.
Sorğu ötən həftə Britaniya hakimiyyət orqanlarının ölkəyə xalis miqrasiyanın ötən ilkindən 606 min nəfərdən çox olduğunu göstərən rəsmi məlumatların açıqlanmasından sonra keçirilib.
Eyni zamanda, hökumət daha əvvəl bəyan etmişdi ki, Brexit Britaniyaya öz sərhədləri üzərində nəzarəti bərpa etməyə imkan verəcək.
Xatırladaq ki, 2016-cı ildə Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün referendum keçirib.. Səs verənlərin 51,9 faizi onu çıxışı dəstəkləyib. Əhalinin 48,1%-i ölkənin Aİ üzvlüyünün saxlanmasına səs verib. Bu proses qısaldılmış Brexit olaraq adlandırıldı.
2020-ci il fevralın 1-də Böyük Britaniya Aİ-ni rəsmən tərk etdi. Növbəti il Brüssel və London ölkənin icmadan çıxması üçün Avropa prosesində bütün rəsmiyyətləri tamamladılar. Daha sonra Britaniya ilə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərə dair saziş qüvvəyə minib.
Eyni zamanda, 2022-ci ilin sonunda Britaniya şirkətlərinin təxminən yarısının Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra qüvvəyə minən yeni qaydalar səbəbindən çətinliklərlə üzləşdiyi bildirilir.