Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından dörd il keçir


Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından düz dörd il keçir. Bununla belə Brexit-in gətirdiyi dəyişikliklər və qeyri-müəyyənlik hələ də gündəmdədir. Avropa İttifaqından böyük ümidlərlə ayrılan İngiltərədə birliyə qayıtmaq istəyi son vaxtlar gündəmə gəlib.



Brexitdən sonra ticarətdə çətinliklər ön plana çıxıb, sərhəd nəzarəti və təchizat zənciri məsələləri iş dünyasına təsir etməkdə davam edib.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin araşdırmasına görə, Brexitdən sonra Maliyyə sektorunda 7 min iş yeri itirilib.

Eyni araşdırmaya görə, Brexit-in ərzaq alış-verişinə təsiri təxminən 7 milyard funt sterlinq olaraq hesablanıb.

Brexit-in təsirləri siyasətdə də müşahidə olunub. Şotlandiya Brexit-in onlara 3 milyard funt-sterlinqə başa gəldiyini iddia edib.

Sorğulara görə, Şotlandiya gənclərinin 62 faizi Avropa Birliyinə üzvlüyün tərəfdarıdır.

YouGov araşdırma şirkətinin 2023-cü ilin yanvarında keçirdiyi sorğuya əsasən iştirakçıların 54 faizi Brexit-in yanlış qərar olduğunu bildirib.

Qərarın doğru olduğunu düşünənlər isə 35 faiz təşkil edib.

Respondentlərin 58 faizi yenidən Avropa İttifaqına qoşulmağın tərəfdarıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu