Pezeşkian Rusiyaya səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün oktyabrın 27-də Rusiyaya səfər edəcək.
AFN.az xəbər verir ki, İran mətbuatında yayılan məlumatlara görə, Pezeşkianın Moskvaya səfəri oktyabrın 27-də, çərşənbə axşamı günü baş tutacaq.
Pezeşkian Rusiyada bəzi ölkələrin liderləri ilə də görüşərək fikir mübadiləsi aparacaq.
İranın Moskvadakı səfiri Kazım Cəlali səfər proqramı ilə bağlı açıqlamasında Pezeşkianla Rusiya Prezidenti Vladimir Putin arasında görüşün də proqrama daxil edildiyini bildirib.
Cəlali həmçinin həmin görüş zamanı heç bir sənədin imzalanmayacağını qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ı müvəqqəti razılaşma prosesini pozmaqda ittiham edib. Bununla belə, o, yenidən danışıqlar masasına qayıtmağın və razılığa gəlməyin vacibliyini vurğulayıb.
İran Prezidenti dövlət televiziyasında yayımlanan çıxışında Tehranla Vaşinqton arasında müvəqqəti razılaşma prosesinin uğursuzluğuna görə ABŞ administrasiyasını məsul tutub. Pezeşkian danışıqların aparıldığı vaxt prosesin dayandırıldığını bildirərək, buna baxmayaraq, tərəflərin yenidən bir araya gəlib razılaşmanı yekunlaşdırmalı olduğunu deyib.
Pezeşkian çıxışında danışıqlar apardıqlarını, lakin qorxaqların hər şeyi korladıqlarını bildirib. O, buna baxmayaraq, gedib bu razılaşmanı tamamlamalı olduqlarına inandığını söyləyib.
