Pezeşkian: Tərəflərin öhdəliklərə sadiqliyi effektiv olacaq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə keçirilən görüşlərin tərəflərin imzaladığı anlaşma memorandumundakı öhdəliklərinə sadiqliyi və razılaşmadakı bəndlərin tam şəkildə icra edilməsi halında effektiv olacağını bildirib.
AFN.az xəbər verir ki, Pezeşkian "X" platformasındakı hesabından ABŞ ilə aparılan danışıqlarla bağlı açıqlamalar verib.
Tərəflərin üzərində razılıq əldə olunmuş mətndən kənar bəyanatlar səsləndirməsinin danışıqlara mənfi təsir göstərəcəyinə işarə edən Pezeşkian, ABŞ ilə reallaşdırılan görüşlərin tərəflərin imzaladığı anlaşma memorandumundakı öhdəliklərinə sadiqliyi və bəndlərin əksiksiz tətbiq olunması halında səmərəli olacağını vurğulayıb.
Pezeşkian həmçinin danışıqlar prosesindəki irəliləyişin öhdəliklərin faktiki olaraq yerinə yetirilməsi ilə ölçüləcəyini qeyd edib.
