Pezeşkian: Nüvə silahı istehsal etməyə çalışmırıq və etməyəcəyik

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsal etməyə çalışmadığını yenidən vurğulayıb.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pezeşkian Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleya sessiyasında çıxış edərək “Bir daha bu sessiyada açıq şəkildə bildirirəm ki, İran heç vaxt nüvə silahı arxasınca getməyib və getməyəcək” deyib.
Pezeşkian sözlərinə davam edərək qeyd edib ki, bu qərar İran lideri Əli Xameneinin fətvasına əsaslanır.