ABŞ senatoru İranın 6 nüvə bombasına yaxın olduğunu iddia edir

Respublikaçı senator Lindsey Graham iddia edir ki, İranda altı atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran var.
AFN.az xəbər verir ki, bu barədə o, "Fox News"a bildirib: "Onlar bundan istifadə edəcəklər. İran 6 nüvə bombası hazırlamağa çox yaxındır. İsraili məhv edəcəklər, sonra da bizim üçün gələcəklər".
Siyasətçi heç bir sübut təqdim etməyib və bu məlumatı haradan aldığını açıqlamayıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla bəyan edib ki, Tehran nüvə silahı yaratmaq barədə qərar qəbul etməyib. İran prezidenti Məsud Pezeşkian da "NBC News" telekanalına deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədini güdmür.