Pezeşkian: Atəşkəs razılaşmasında İranın fikirləri əsas olaraq qəbul edildi
İran Prezidenti Məsud Pezeşkian İran və ABŞ arasında əldə olunan, İsraili də əhatə edən müvəqqəti atəşkəs razılaşmasının İranın fikirlərinin əsas götürüldüyü bir çərçivədə formalaşdığını bildirib.
AFN.az xəbər verir ki, Pezeşkian "X" sosial media platformasındakı hesabından paylaşdığı açıqlamada ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin 40-cı günündə əldə edilən müvəqqəti atəşkəs razılaşmasını qiymətləndirib.
İran Prezidenti açıqlamasında bu ifadələrə yer verib: "İranın fikirlərinin təməl prinsiplər kimi qəbul edildiyi atəşkəs böyük şəhid liderimiz Xameneyinin qanının bəhrəsi və bütün xalqın meydanlarda olmasının uğurudur. Bu gün də eyni şəkildə diplomatiya meydanında, müdafiə sahəsində, küçədə və xidmət işində yan-yana durmağa davam edəcəyik".
