Kral II Abdullah: İordaniyalıların təhlükəsizliyi qırmızı xəttimizdir



İordaniya kralı II Abdullah hökumətə ekstremist ideologiya ilə mübarizə üsullarını yenidən nəzərdən keçirməyi və terror təhlükələrinin qarşısının alınması istiqamətində tədbirləri gücləndirməyi tapşırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, kral bu barədə Əl-Kərək vilayətindəki pravoslav kilsəsində törədilən terror aktına həsr olunmuş Milli Təhlükəsizlik Şurasının Əmmanda keçirilən iclasında danışıb.

II Abdullah ekstremist ideologiyanın kökünün kəsilməsi istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıb. O, aidiyyəti qurumlara dini təşkilatlarla koordinasiyalı şəkildə sistemli fəaliyyət planı hazırlamağı tapşırıb.

Kral, həmçinin ölkənin güc strukturlarını mümkün terror hücumlarına qarşı qabaqlayıcı tədbirlər görməyə hazır olmağa çağırıb. Bununla yanaşı, qanunun aliliyi prinsipinə riayət edilməsinin vacibliyini qeyd edib.

“İordaniyalıların təhlükəsizliyi və rifahı bizim üçün qırmızı xətdir. Ədalətin əli hər bir terrorçuya çatacaq. Onların cinayətləri xalqımızı qorxuda və milli birliyimizi sarsıda bilməz”, – deyə II Abdullah bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu