İordaniyada kilsəyə terror hücumunda ölənlərin sayı 9-a çatıb
İordaniyanın Əl-Kərək vilayətində pravoslav kilsəsinə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi Müqəddəs Georgi kilsəsində törədilən terror aktı ilə bağlı məlumatları yeniləyib. Hücum Əl-Kərək vilayətinin Hammud rayonunda baş verib.
Səhiyyə naziri İbrahim əl-Bəddurun sözlərinə görə, hazırda xəstəxanalarda 27 yaralı müalicə olunur. Yaralılardan səkkizi Əli bin Hüseyn adına hərbi hospitala köçürülüb. Onlardan ikisinin vəziyyəti kritik qiymətləndirilir.
“Al Mamlaka” telekanalının məlumatına görə, İordaniyanın xüsusi xidmət orqanları kilsəyə hücum edən terror qruplaşmasının üzvlərini hələlik saxlamayıb. Şübhəlilərin axtarışı davam edir. Əmmanda və ölkənin digər şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.



