İranda terror aktları nəticəsində ölənlərin sayı 91-ə yüksəlib


İranın Kirman əyalətində Qasım Süleymaninin məzarının yerləşdiyi qəbiristanlıq yaxınlığında törədilən 2 kamikadze hücumunda daha 2 nəfərin ölməsi ilə ölənlərin sayı 91-ə yüksəlib.



İran dövlət televiziyasının məlumatına görə, hücum zamanı yaralanan və xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə məlumat verən Təcili Yardım Mərkəzinin sözçüsü Babək Yektaperest daha iki nəfərin öldüyünü açıqlayıb.

Hazırda xəstəxanalarda 102 nəfərin müalicəsinin davam etdiyini, onlardan 11-nin vəziyyətinin ağır olduğunu bildirən Yektaperest, 8 yaşlı Taha Şadkam və 67 yaşlı Səid Şehnevazinin ölümü ilə ölənlərin sayınn 91-ə yüksəldiyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu