Keniyada daşqın nəticəsində ölənlərin sayı 179-a yüksəlib


Şərqi Afrika ölkəsi Keniyada leysan yağışların səbəb olduğu seldə həyatını itirənlərin sayı 179-a yüksəlib.



Martın ortalarından Keniyada davam edən leysan yağışların gətirdiyi daşqınlar səbəbindən itkilərin sayı getdikcə artır.

Keniya hökumətinin sözçüsü İsaak Mvaura verdiyi açıqlamada son 24 saatda sel fəlakətində 10 nəfərin həyatını itirdiyini, ümumi itkilərin isə 179-a yüksəldiyini açıqlayıb.

Mətbuat katibi bildirib ki, ölənlərdən 15-i uşaqdır. Seldə yaralanan 125 nəfərin ölkə daxilində müxtəlif səhiyyə müəssisələrində müalicə aldığını bildirən Mvaura 90 nəfərin itkin düşdüyünü bildirib. Hökumət sözçüsü 195 min 11 nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığını və daşqın səbəbindən köçkünlər üçün sığınacaq mərkəzlərinin yaradıldığını bildirib.

Sözçü hökumətin artıq xilasetmə və evakuasiya təlimlərinə kömək edən Keniya ordusu ilə işi gücləndirdiyini də vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu