Bu il Nigeriyada daşqınlar nəticəsində 7 mindən çox insan evini tərk edib


Nigeriyanın Milli Fövqəladə Hallar Agentliyi (NEMA) bu il ölkədə leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən 7 mindən çox insanın evlərini tərk etdiyini açıqlayıb.


NEMA-nın Planlaşdırma, Tədqiqat və Proqnozlaşdırma direktoru Fatimə Qasim verdiyi açıqlamada aprel ayından bəri 10 ştatda ümumilikdə 34 983 nəfərin daşqınlardan mənfi təsirləndiyini bildirib.

Güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 7353 nəfərin məcburi köçkün olduğunu qeyd edən Qasım 1679 evin dağıldığını, 866 hektar ərazinin tamamilə zərər gördüyünü bildirib.

Sel nəticəsində 5 nəfərin həyatını itirdiyini qeyd edən direktor indiyədək 75 nəfərin yaralandığını bildirib.

Nigeriya hökuməti 2022-ci ildə güclü yağışların səbəb olduğu daşqınlarda 600-dən çox insanın öldüyünü açıqlayıb. Daşqınlar nəticəsində ölkə iqtisadiyyatı 7 milyard dollar zərər çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu