Dominikanda güclü yağışların səbəb olduğu daşqınlarda 21 nəfər ölüb


Karib hövzəsi ölkəsi Dominikanda leysan yağışların səbəb olduğu daşqınlarda 21 nəfər həyatını itirib.


Fövqəladə Hallar Mərkəzindən verilən açıqlamada noyabrın 17-dən etibarən davam edən leysanın insanların can və mal itkisinə səbəb olduğu bildirilib.

Güclü yağışların səbəb olduğu daşqınlarda indiyədək 4-ü ABŞ, 2-si Haiti vətəndaşı olmaqla 21 nəfərin həyatını itirdiyi açıqlanıb.

14 əyalətdə qırmızı həyəcan elan edilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi ölkədə ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var.

Dominikan Respublikasının Prezidenti Luis Abinader təbii fəlakət nəticəsində həyatını itirənlər üçün 3 günlük milli matəm elan etdiklərini açıqlayıb.

1583 ev daşqınlardan zərər çəkib, 7 min 915 nəfər təhlükəsiz bölgələrə köçmək məcburiyyətində qalıb. Yağış bir çox rayonları işıqsız qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu