Braziliyada güclü yağışların səbəb olduğu torpaq sürüşmələrində ölənlərin sayı 23-ə yüksəlib


Braziliyanın Espirito Santo əyaləti və Rio-de-Janeyro şəhərində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 23-ə yüksəlib.


Espirito Santo əyalətinin rəsmiləri leysan yağışlar nəticəsində baş verən torpaq sürüşmələrində həyatını itirənlərlə bağlı açıqlama verib.

Açıqlamada sürüşmələrdə ölənlərin sayının 23-ə yüksəldiyi və əyalətdə təxminən 5 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd edilib.

Ötən gün Espirito Santo əyaləti və Rio-de-Janeyro şəhərində baş verən sürüşmə nəticəsində 12 nəfərin həyatını itirdiyi bildirilib.

Rio-de-Janeyroda şiddətli fırtına və tornado səbəbindən “fövqəladə vəziyyət” elan edilib, Petropolis şəhərində bəzi evlərin dağıldığı, 500 nəfərin evlərini tərk etməli olduğu bildirilib.

Meteorologiya xidməti güclü yağışların və tufanların bir müddət davam edəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu