Braziliyada daşqın: fövqəladə vəziyyət elan edildi


Braziliyanın Rio-de-Janeyro şəhərində həftə sonu yağan yağışların yaratdığı sel nəticəsində 11 nəfər həyatını itirib, şəhərdə fövqəladə vəziyyət elan edilib.


Braziliyanın Rio-de-Janeyro şəhərində daşqınlar baş verib.

Həftə sonu yağan yağışların səbəb olduğu sel nəticəsində 11 nəfər həyatını itirib.

Yanğınsöndürmə qrupları avtomobili ilə çaya düşən qadının axtarışlarının davam etdiyini bildirib.

Küçə və prospektlərin su altında qaldığı şəhərdə metro stansiyaları, mağazalar, evlər su altında qalıb, ağaclar aşıb.

Bəzi ərazilərdə sürüşmə baş verib.

Rio-de-Janeyro meri Eduardo Paes şəhərdə fövqəladə vəziyyət elan olunduğunu bildirib. Braziliya hökuməti bölgəyə federal dəstək göndərilməsi təklifi ilə çıxış etdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu