Braziliyada bir gündə bir aylıq yağış yağdı: 11 nəfər ölüb, 2 nəfər itkin düşüb
Braziliyanın Rio-de-Janeyro şəhərində güclü yağışlar nəticəsində 11 nəfər ölüb, 2 nəfər itkin düşüb. Səlahiyyətlilər bir gündə 1 aylıq yağışın yağdığını bildirib.
Rio-de-Janeyro meri Eduardo Paes axtarış-xilasetmə işlərinin davam etdiyini və şəhərdə fövqəladə vəziyyət elan etdiklərini bildirib.
Güclü yağışlar nəticəsində indiyədək 11 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Səlahiyyətlilər 1 aylıq yağışın bir gündə yağdığını vurğulayaraq, onlarla evi su basdığını və ehtiyacı olan insanlara ərzaq çatdırmağa çalışdıqlarını açıqlayıb.
Meteoroloji məlumatlara əsasən, güclü yağışlar şəhərin şərq rayonlarında bir müddət davam edəcək.