Çində güclü yağışlar 15 nəfərin həyatına son qoyub


Çinin cənub-qərbindəki Çunqinq şəhərində güclü yağışlar nəticəsində 15 nəfər ölüb, 4 nəfər hələ də itkin düşüb.


AFN.az xəbər verir ki, bu haqda Çin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat verib. Televiziyaların verdiyi məlumata görə, iyulun 3-dən iyulun 4-dək Vançjou qraflığını güclü yağışlar vurub.

İyulun 5-də səhər saat 10-a olan məlumata görə, leysan yağışlar nəticəsində rayonun 36 yaşayış məntəqəsi, o cümlədən 37 min 226 nəfər zərər çəkib, onlardan 11,5 mindən çox insan təxliyə olunmalı, 779 nəfər təxliyə edilib, 15 nəfər ölüb, 4 nəfər itkin düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu