Pekində güclü yağışlar 11 nəfərin həyatına son qoyub


Çinin paytaxtı Pekində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib 27 nəfər itkindir, axtarışları davam edir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Pekin Şəhər Administrasiyasından verilən açıqlamada, paytaxtın müxtəlif yerlərində axtarış-xilasetmə işlərində iştirak edən 2 nəfərin də olduğu 11 nəfərin həyatını itirdiyi, 27 nəfərin isə itkin düşdüyü bildirilib.

İtkin düşən 27 nəfərdən 4-nün Fanqşan kəndində axtarış-xilasetmə işləri aparan “Mavi Səma” xilasetmə qrupunun üzvü olduğu, digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsinin davam etdiyi qeyd edilib.

İndiyədək paytaxtın 13 rayonunda 44 min 673 nəfər əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb, 127 min nəfər isə Pekində təhlükəsiz yerlərə təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu