İndoneziyada balıqçı gəmisinin batması nəticəsində 2 nəfər ölüb, 24 nəfər itkin düşüb


İndoneziyada 37 nəfərin olduğu balıqçı gəmisinin batması nəticəsində 2 nəfər ölüb, 24 nəfər itkin düşüb.



Xilasedicilərin bildirdiyinə görə, martın 9-da Cakartadan Bali yaxınlığındakı Lombok adasına gedən balıqçı qayığı Bone Baydada fırtınanın yaratdığı yüksək dalğalara tutularaq çevrilib.

Axtarış-xilasetmə qrupunun Cənubi Sulavesi əyalətindəki Selayers adasının müxtəlif yerlərində ölən 2 nəfər və 11 nəfərin cəsədini tapdığı bildirilib.

Səlahiyyətlilər xilas edilən insanlara yaxınlıqdakı sağlamlıq mərkəzlərində tibbi yardım göstərildiyini, vəziyyətlərinin stabil olduğunu, itkin düşən 24 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu