Braziliyada güclü yağışlar 40 nəfərin həyatına son qoyub


Braziliyanın San-Paulu əyalətində yağan güclü yağışlar nəticəsində azı 40 nəfər həlak olub, təxminən o qədər insan itkin düşüb.


AFN.az "Globo"ya istinadən xəbər verir ki, qeydə alınan 40 ölüm hadisəsindən 39-u San Sebastian bələdiyyəsində baş verib. Bir nəfər yeddi yaşlı qız isə Ubatuba bələdiyyəsində həlak olub. Ştatın bir sıra məntəqələrində elektrik və su təchizatı, həmçinin mobil rabitə kəsilib. Torpaq sürüşmələri ştatın bir neçə əsas magistralında nəqliyyatın hərəkətini dayandırıb.

Braziliya Mülki Müdafiə Xidmətinin məlumatına görə, şənbə və bazar günləri ştatın dörd bələdiyyəsinə bir aylıq normadan çox yağış yağıb. Altı bələdiyyədə fövqəladə vəziyyət elan edilib. San Sebastian şəhər meri bildirib ki, iki gündə 627 millimetr yağış düşüb ki, bu da fevral ayı üçün orta göstəricidən iki dəfə çoxdur. Şəhərdə əlli ev dağılıb.

Bertioqaya yağan yağış isə Braziliya tarixində rekord göstərici olub: yağıntının miqdarı 24 saat ərzində 683 millimetr təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu