Kanadada 2-si uşaq olmaqla 4 nəfər daşqınlar nəticəsində itkin düşüb


Kanadanın Yeni Şotlandiya əyalətində güclü yağışın səbəb olduğu seldə 2-si uşaq 4 nəfərin itdiyi açıqlanıb.


BBC-nin xəbərinə görə, ölkənin bəzi bölgələrində normal olaraq 3 ay ərzində yağan yağış 24 saat ərzində yağıb.

Yeni Şotlandiya əyalətində güclü yağışlar nəticəsində baş verən daşqınlarda 2-si uşaq olmaqla 4 nəfər itkin düşüb.

Ştat qubernatoru Tim Hyuston açıqlamasında vəziyyətin "qorxulu" olduğunu bildirib və əlavə edib ki, ən azı 7 körpünün təmiri və ya yenidən qurulması lazımdır.

80 mindən çox insan işıqların kəsilməsindən zərər çəkib, ştatın bəzi yerlərində fövqəladə vəziyyət elan edilib.

Hyuston, suların çəkilməsinin bir neçə gün çəkə biləcəyini təxmin etdiklərini bildirib.

Kanadanın baş naziri Castin Trudeau isə insan itkisindən təəssüfləndiyini bildirib və hökumətin bu proses zamanı vilayətin “yanında olacağına” söz verib.

Kanada Meteorologiya Xidməti əyalətin şərq bölgəsində güclü yağışların iyulun 30-dək davam edə biləcəyi barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu