Braziliyada daşqın: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb


Braziliyada sel fəlakəti baş verib. Rio Qrande-du-Sul ştatında güclü yağışların səbəb olduğu daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb.



Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Səlahiyyətlilər daşqın nəticəsində 8 nəfərin öldüyünü, 21 nəfərin itkin düşdüyünü açıqlayıb və 1400-dən çox insanın təxliyə edildiyini bildirib. Bir çox avtomobili sel suları aparıb.

Yaxın günlərdə güclü yağışların davam edəcəyi ehtimalı ilə əlaqədar demək olar ki, bütün ştatda daşqın riski xəbərdarlığı edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu