İspaniyada daşqın: 3 nəfər ölüb, 3 nəfər itkin düşüb


İspaniyada leysan yağışların səbəb olduğu seldə 3 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.


Paytaxt Madrid, Toledo şəhəri, Kastiliya-La-Mança, Kataloniya və Valensiya bölgələrində daşqınlar səbəbindən vətəndaşlar çətin anlar yaşayıb.

Toledo şəhərində seldə qapalı qalan vətəndaşlar vertolyotla xilas edilərkən, sel səbəbiylə ictimai nəqliyyatda ləngimələr yaşanıb.

Güclü yağışların yaratdığı seldə 3 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb. Təcili yardım qrupları itkin düşənlərin axtarışı üçün hərəkətə keçib.

Sosial mediada paylaşılan görüntülərdə sel sularının yolları bağladığı, çay daşqınları nəticəsində körpülərin sıradan çıxdığı, nəqliyyat vasitələrinin su altında sürükləndiyi görülüb.

İspaniya Milli Meteoroloji Agentliyi (AEMET) hər kvadratmetrə 90 litrə qədər yağıntının olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu