Boliviyada daşqın və torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb


Cənubi Amerika ölkəsi Boliviyada leysan yağışların yaratdığı sel və torpaq sürüşmələri səbəbindən indiyədək 3 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.


Boliviya mətbuatında yer alan xəbərə görə, ölkənin Petosi şəhərində həftə sonundan bəri davam edən leysan itkilərə səbəb olub.

İndiyədək daşqın və sürüşmə nəticəsində 3 nəfər ölüb, 5 nəfər itkin düşüb.

Çayların daşdığı, kənd təsərrüfatı sahələrinin su altında qaldığı ölkədə yüzlərlə evi su basıb.

Boliviya prezidenti Luis Arse təbii fəlakətdə həlak olanların yaxınlarına başsağlığı verib.

Daşqının böyük ziyan vurduğu ərazilərə 8 ton yardım materialının çatdırıldığı, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu