Çində daşqınlar torpaq sürüşməsinə səbəb olub
Çinin cənub bölgələrində həftə sonundan bəri təsirli olan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ən azı 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib.
Quandun əyaləti başda olmaqla bir çox bölgəni vuran daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 6 nəfər xəsarət alıb.
Şaoquan şəhərində 6, Qingyuan şəhərində isə itkin düşən 5 nəfərin axtarışları davam edir.
Səlahiyyətlilərin verdiyi açıqlamada ölkənin cənubundakı Şaoquan, Quançjou, Heyuan, Zhaoqing, Qingyuan, Meizhou və Huizhou şəhərlərində yaşayan ən az 82 min 500 nəfərin təxliyə edildiyi, 48 binaya ciddi ziyan dəydiyi, 36 binanın isə tamamilə dağıldığı bildirilib.
Şiddətli yağışların təsirinə məruz qalan bölgələrə təxminən 19,4 milyon dollar ziyan dəydiyi qeyd edilib.