Malavidə daşqınlar və torpaq sürüşmələri nəticəsində 6 nəfər ölüb


Cənubi Afrika ölkəsi Malavidə daşqın və torpaq sürüşməsi nəticəsində 6 nəfər həyatını itirib.



Malavi Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada ölkənin Nxotakota bölgəsində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfərin öldüyü açıqlanıb.

Açıqlamada seldən zərər çəkmiş rayonun infrastrukturuna ciddi ziyan dəydiyi və rayona avtomobil nəqliyyatının dayandığı bildirilib.

Açıqlamada təbii fəlakətdən təxminən 14 min insanın zərər çəkdiyi, köçkün vətəndaşların düşərgə ərazilərinə göndərildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu