Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib


Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 11-ə yüksəlib.



Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada İmereti və Acarıstan bölgələrində güclü yağışlardan sonra baş verən sürüşmə nəticəsində bəzi insanların torpaq altında qaldığı bildirilib.

Açıqlamada İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cansız cəsədinin çıxarıldığı və axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.

Acarıstan bölgəsinin Xulo bələdiyyəsinin Tsoniaris və Txilvana kəndlərində torpaq sürüşməsi nəticəsində iki nəfər həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu