Gürcüstanın Şovi kurort şəhərində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb


Gürcüstanın Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində avqustun 3-də Şovidə baş verən sürüşmə nəticəsində ölənlərin sayı 18-ə çatıb.


Axtarış-xilasetmə işlərinin davam etdiyi Şovidə hələ də 19 nəfərdən xəbər yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada, təbii fəlakət bölgəsində indiyədək 18 nəfərin cəsədinin tapıldığı, axtarış-xilasetmə işlərinin davam etdiriləcəyi bildirilib.

İtkinlər arasıbda uşaqların da olduğu qeyd edilir. Axtarış işlərinə 400 nəfərdən ibarət axtarış-xilasetmə qrupu, hərbçilər və polis, 100-ə yaxın ağır texnika cəlb olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu