Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB


Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb.


“Report” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zurab Azaraşvili deyib.

Onun sözlərinə görə, 25 nəfərin axtarışı davam edir.

***

Gürcüstanlı xilasedicilər Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha 4 nəfərin meyitini tapıblar.


"Report" xəbər verir ki, bu barədə "İmedi" telekanalı məlumat yayıb.

Fəlakət bölgəsində olan və torpaq altında qalan 31 nəfərin axtarışları davam edir.

Qeyd edək ki, axtarış tədbirlərinə 400-ə yaxın xilasedici və kinoloq cəlb edilib. Artıq 210 nəfər təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu