İspaniyada üç gündür davam edən pis hava şəraitindən 60 min sərnişin əziyyət çəkib


İspaniyada 60 min qatar sərnişininin 3 nəfərin ölümü, 3 nəfərin itkin düşməsinə səbəb olan güclü yağışların qurbanı olduğu bildirilib.


Dövlət dəmir yolu şirkəti Renfe tərəfindən verilən məlumatda, sentyabrın 2, 3 və 4-də təsirli olan şiddətli yağış nəticəsində qatar xidmətlərinin kəsilməsi səbəbindən 60 min sərnişinin biletini dəyişdirdiyi və ya ləğv etdiyi açıqlanıb.

Ölkədə son üç gündə Madrid, Əndəlüs və Kastilya-La Mança bölgələrində yaşanan nəqliyyat ləngimələrindən sonra bu gün vəziyyətin normallaşdığı və yüksək sürətli qatar xidmətlərinin təyin olunmuş vaxtlarda edildiyi bildirilib.

Bəzi körpülərin və yolların dağıldığı Madrid və Toledonun ətrafında hələ də bağlı saxlanılan yan yollar var.

Madrid özünüidarə hökumətinin başçısı İzabel Diaz Ayuso İspaniya hökumətindən Madridi “fəlakət zonası” elan etməyi xahiş edib.

Həftəsonu Madrid və Sevilya şəhərlərinin qatar stansiyalarında uzun növbələr və yerdə uzanan insanların görüntüləri diqqət çəkib.

Toledoya bağlı kiçik yaşayış məntəqələrində pis hava şəraiti səbəbindən avtomobillərin və ya liftlərin altında qalan 3 nəfər həyatını itirib.

Digər tərəfdən leysan yağışlar səbəbindən 2-si Madrid şəhərinin kəndlərində, 1-i Toledo şəhərində itkin düşmüş 3 nəfərin axtarışları davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu