İspaniyalı pensiyaçılar inflyasiyaya və aşağı gəlirlərə etiraz ediblər


İspaniyanın paytaxtı Madriddə minlərlə insan layiqli pensiya və sosial təminat tələbi ilə nümayiş keçirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, aksiya Atoça dəmiryol vağzalının yaxınlığından başlayıb. Dövlət pensiya sisteminin müdafiəsi ilə məşğul olan COESPE hərəkatının təşkil etdiyi yürüşdə müxtəlif yaş qruplarından insanlar iştirak etsə də, nümayişçilərin əksəriyyətini pensiyaçılar təşkil edib.

Aksiya iştirakçıları “Hərbi xərclər məktəblərə və xəstəxanalara yönəldilsin”, “Ümumi tətil” kimi şüarlar səsləndiriblər. Onlar həmçinin dövlət səhiyyə və təhsil sisteminin müdafiəsini, mənzilə əlçatanlığın təmin olunmasını tələb ediblər.

COESPE pensiyaçıların alıcılıq qabiliyyətinin azalmasına diqqət çəkib. Hərəkatın nümayəndələri bildiriblər ki, bəzi yaşlı insanlar aldıqları pensiya ilə ayın sonunadək dolanmaqda, sağlam qidalanma, tibbi xidmət və rahat mənzillə təmin olunmaqda çətinlik çəkirlər.

Təşkilatçılar inflyasiyanın əhalinin ən həssas təbəqələrinin həyatına ciddi təsir göstərdiyini vurğulayıblar. Onlar hökuməti minimum pensiyanı minimum əməkhaqqı səviyyəsinə çatdırmağa və pensiyaların məbləğini artırmağa çağırıblar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu