Filippində iki hərbi təyyarə havada toqquşub: 4 pilot həlak olub



Filippin Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarənin təlim uçuşu zamanı havada toqquşaraq yerə düşməsi nəticəsində dörd pilot həyatını itirib.

AFN.az xəbər verir ki, SF-260 tipli iki təyyarə Batangas əyalətindəki Fernando Hava Bazasından həyata keçirilən təlim uçuşu zamanı toqquşub.

Təyyarələr daha sonra hava bazasının ərazisinə düşüb. Ordunun açıqlamasında qəza nəticəsində dörd pilotun öldüyü bildirilib. Qəzanın səbəbləri ilə bağlı başladılan araşdırma başa çatana qədər SF-260 təlim təyyarələrindən ibarət donanmanın uçuşları müvəqqəti dayandırılıb.

May ayında Filippinin şimalındakı dağlıq ərazidə SF-260 təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olmuşdu. 2023-cü ildə isə başqa bir SF-260 TP Marchetti təyyarəsi təlim uçuşu zamanı qəzaya uğramış, hadisə nəticəsində daha iki pilot həyatını itirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu