ABŞ-da hava şousu zamanı 2 təyyarə toqquşub, 2 pilot ölüb


ABŞ-ın Nevada ştatında keçirilən hava şousunda iki təyyarənin toqquşması nəticəsində iki pilot həyatını itirib.


Qəza Nevada ştatının Reno şəhərində keçirilən "Reno Air Races" tədbiri zamanı baş verib.

Reno Hava Yarışı Dərnəyindən verilən açıqlamada, bağlanış şousu zamanı iki təyyarənin havada toqquşduğu bildirilib.

Açıqlamada toqquşma nəticəsində hər iki təyyarənin pilotlarının həyatını itirdiyi, hadisə nəticəsində xəsarət alan olmadığı qeyd edilib.

Səlahiyyətlilər qəzanın səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu