Yunanıstanda yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb


Yunanıstanın paytaxtı Afinadan təxminən 200 kilometr uzaqlıqda yerləşən Eğribozun Platanistos bölgəsində yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib.


Yunanıstan Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada yanğınla havadan mübarizə zamanı CL-215 tipli təyyarənin bu gün saat 14:52-də Platanistos bölgəsində qəzaya uğradığı bildirilib.

Açıqlamada qəza nəticəsində 34 yaşlı pilot Hristos Mulas və 27 yaşlı ikinci pilot Periklis Stefanidisin həlak olduğu qeyd edilib.

Qəza ilə əlaqədar Yunanıstanın müdafiə naziri Nikos Dendiasın qərarı ilə Yunanıstan Silahlı Qüvvələrində iyulun 27-dək üç günlük matəm elan edilib.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis də sabahkı Kipr Rum Administrasiyasına (KKİ) səfərini təxirə salıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu