Kolumbiyada təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb
![](/uploads/posts/2024-03/1711100952_tecilir-yardim-teyyaresi.jpg)
Kolumbiyada təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.
Rəsmilər bildiriblər ki, təcili yardım təyyarəsi Antiokiya inzibati bölgəsindəki Yarumal qəsəbəsində dağlıq ərazidə qəzaya uğradıqdan sonra alovlanıb.
Bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.
Qəzada 2 pilot, bir tibb bacısı və bir həkim dünyasını dəyişib.
Kordoba inzibati bölgəsindən havaya qalxan təyyarənin Medellinə getmək istədiyi paylaşılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.