ABŞ-da 2 şəxsi təyyarə toqquşub: Bəzi reyslər ləğv edilib
ABŞ-ın Hyuston şəhərində yerləşən Villiam P. Hobby hava limanında iki şəxsi təyyarənin uçuş-enmə zolağında toqquşması səbəbindən bəzi reyslər ləğv edilib, bəziləri isə təxirə salınıb.
ABŞ rəsmiləri yerli vaxtla saat 05.30-da Villiam P. Hobby hava limanında icazəsiz uçuş-enmə zolağına enən şəxsi təyyarənin qanadlarının uçuş zolağına enən başqa bir şəxsi təyyarənin qanadları ilə toqquşduğunu açıqlayıb.
Səlahiyyətlilər qəzada ölən və yaralanan olmadığını açıqlayıb və yanğın riskinin olmadığını bildiriblər.
Toqquşmadan sonra komandaların lazımi işləri görə bilməsi üçün 11 reysin təxirə salındığı, 4-nün isə ləğv edildiyi açıqlanıb.
“Qəza nəticəsində dəyən ziyana görə, hava limanı növbəti xəbərdarlığa qədər bağlanıb”, - deyə hava limanından bildirilib.