Tokionun Haneda hava limanında iki təyyarə toqquşub
Tokionun Haneda hava limanında iki təyyarə manevr edərkən toqquşub.
Qəza səbəbindən müvəqqəti bağlanan hava limanı uçuş-enmə zolağını yenidən açıb.
İnsident müvafiq olaraq Banqkok və Taypeyə uçmalı olan Thai Airways və Tayvanın Eva Airways şirkətləri arasında baş verib. Onların içərisində 460 sərnişin olub və heç kim xəsarət almayıb.
Kanalın lentə aldığı kadrlarda təyyarələrin qanadlarının zədələndiyi görünür. İlkin məlumatlara görə, Thai Airways şirkətinə məxsus təyyarə uçuş zolağında hərəkətdə olarkən qanadı ilə hərəkətsiz dayanan başqa bir təyyarəyə çırpılıb.
Hadisə nəticəsində Hanedadan uçuşlar təxminən bir saat gecikib.