Yaponiyada daha bir təyyarə qəzası baş verib


Yaponiyanın ANA şirkətinə məxsus iki sərnişin təyyarəsi Osaka hava limanının uçuş-enmə zolağında toqquşub.



Rəsmi Kyodo agentliyinin məlumatına görə, qəza yerli vaxtla saat 10:10-da İtami hava limanında baş verib.

Daxili terminalın uçuş-enmə zolağında baş verən qəzada ekipaj üzvləri və sərnişinlərdən heç kim xəsarət almayıb. Təyyarələrə cüzi ziyan dəyib.

Osaka və Hyoqo əyaləti arasında yerləşən Itami hava limanı köhnə paytaxt Kiotoya ən yaxın hava limanı kimi tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu