Moskva hava limanlarında onlarla reys gecikib və təxirə salınıb


Noyabrın 23-də Moskvanın üç hava limanında 34 reys gecikib və təxirə salınıb.



Bu barədə informasiya Yandex-in məlumatlar cədvəlində əksini tapıb.

Məlum olduğu kimi, 12 təyyarə Şeremetyevoda gecikib. Domodedovoda isə yeddi reys gecikib və daha iki reys baş tutmayıb. Vnukovoya hava limanında da 10 reys təxirə salınıb, 3-ü isə ləğv edilib.

Jukovski hava limanında iş qrafikinin dəyişməsi barədə məlumat yoxdur.

Moskvanın hava limanlarında onlarla təyyarənin uçuş vaxtının pozulmasının səbəbləri açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu