Kaliforniyada F-35 qırıcısı yanacaqdoldurma təyyarəsi ilə toqquşub


ABŞ-ın Kaliforniya ştatında Dəniz-Piyada Korpusuna məxsus “F-35B Lightning II” qırıcısı havada yanacaqdoldurma təyyarəsi ilə toqquşub.


AFN-in məlumatına görə, toqquşma nəticəsində qırıcı yerə çırpılıb. Təyyarənin pilotu katapult edə bilib, onun yüngül xəsarətlər aldığı deyilir.

Yanacaqdoldurma təyyarəsi toqquşmadan sonra qəza enişi etməli olub. Heyət üzvlərindən xəsarət alan olmayıb.

Qeyd olunur ki, qəza havada qırıcı təyyarənin yanacaq doldurması zamanı baş verib. Trend



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu