Avstraliyada iki təyyarə havada toqquşub: onlardan biri buxtaya çırpılıb
Keçmiş hərbi təyyarə Melburnun Morninqton yarımadası yaxınlığında havada başqa bir təyyarə ilə toqquşduqdan sonra sulara düşüb.
AP xəbər verir ki, Marta dağından təxminən 12 km qərbdə, Port Fillip Bayda baş verən hadisəyə təcili xidmətlər çağırılıb.
Avstraliya Dəniz Təhlükəsizliyi Təşkilatı iki yüngül "ViperS-211 Marchetti" təyyarəsinin toqquşduğunu və bir təyyarənin suya düşdüyünü təsdiqləyib.
Həmin vaxt təyyarənin göyərtəsində iki nəfər olub.
İçərisində pilot və sərnişin olan ikinci təyyarə Essendon hava limanına salamat eniş edib.
Üç xilasedici helikopter su polisi və könüllü dəniz xilasetmə dəstələri ilə birlikdə hadisə yerində araşdırma aparır. Artıq təyyarənin bir neçə parça qalığı aşkar edilib.
Avstraliya Dəniz Təhlükəsizliyi Təşkilatı səhərə qədər itkin düşən iki nəfərin axtarışlarını davam etdirəcək.
Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu da hadisəni araşdıracaq.
"Viper S-211" əsasən hava qüvvələrinin təlimi üçün istifadə edilən İtaliya istehsalı olan qırıcı təyyarədir.