Ada Süleymanova ilə qəzada həlak olan Anarın məşhur iş adamının oğlu olması xəbəri təsdiqini tapmadı
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı yayılan məlumatlar təkzib edilib.
"Metak" şirkətinin icraçı direktoru Aydın Kərimov da məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, qəzada həlak olan şəxsin onların ailəsi ilə heç bir bağı yoxdur.
***
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.
AFN.az xitab24.az-a istinadla xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.
Alik Kərimov "Metak" şirkətinin rəhbəridir.
Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.


