Brent markalı neftin qiyməti 89,96 dollara düşüb



Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 89,96 dollardan satılır. 

AFN.az xəbər verir ki, ötən cümə günü 93,07 dollara qədər bahalaşan Brent neftinin yanvar fyuçerslərinin bir barelinin qiyməti günü 92,57 dollarla başa vurub.

Bu gün saat 10:27-yə olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 2,8 faiz ucuzlaşaraq 89,96 dollara enib. Həmin vaxt Qərbi Texas markalı (WTI) xam neftin yanvar fyuçerslərinin bir bareli 83,50 dollar olub.

Texniki təhlilə əsasən, Brent nefti üçün 90,42 dollar müqavimət, 89,58 dollar isə dəstək səviyyəsi kimi izlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu