Brent nefti 110,22 dollara düşüb



Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir bareli 110,22 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 112,61 dollara qədər yüksələn Brent neftinin yanvar fyuçerslərinin bir barelinin qiyməti günü 111,64 dollardan başa vurub. Bu gün saat 10:30-a olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə təxminən 1,3 faiz azalaraq 110,22 dollara enib.

Həmin dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir bareli 101,38 dollara satılıb.

Texniki təhlilə əsasən, Brent neftinin qiyməti üçün 110,41 dollar müqavimət, 109,79 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu