Brent neftinin qiyməti 106,10 dollara yüksəlib
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir bareli 106,10 dollardan satılır.
AFN.az xəbər verir ki, Brent neftinin dekabr fyuçerslərinin qiyməti əvvəlki günün bağlanış göstəricisi ilə müqayisədə 0,4 faiz artıb.
Dünən 106,75 dollara qədər yüksələn Brent neftinin fyuçerslərinin bir barelinin qiyməti günü 105,69 dollardan başa vurub. Bu gün saat 10:14-ə olan məlumata görə, Brent neftinin dekabr fyuçerslərinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,4 faiz artaraq 106,10 dollar təşkil edib.
Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin noyabr fyuçerslərinin bir barelinin qiyməti 94,56 dollar olub.
Texniki təhlillərə əsasən, Brent neftinin qiymətində 108 dollar səviyyəsi müqavimət, 102,05 dollar səviyyəsi isə dəstək zonası kimi izlənilə bilər.
