Meksikada qasırğa və fırtına 6 nəfərin həyatına son qoyub



Meksikada Simon qasırğası və Reyçel tropik fırtınasının səbəb olduğu güclü yağışlar və torpaq sürüşmələri nəticəsində 6 nəfər həlak olub, 5 nəfər itkin düşüb.

AFN.az xəbər verir ki, təbii fəlakətlər ölkənin bir neçə bölgəsində daşqınlara və ciddi fəsadlara səbəb olub.

ABŞ Milli Qasırğa Mərkəzinin açıqlamasına görə, birinci kateqoriyaya aid olan Simon qasırğası güclənərək Meksikanın Nayarit və Sinaloa ştatlarında güclü yağışlara səbəb olub.

Meksikalı rəsmilər çaylarda suyun səviyyəsinin yüksəlməsi və daşqın təhlükəsi ilə əlaqədar hazırlıq vəziyyətinə keçiblər.

Simon qasırğası və Reyçel tropik fırtınasının təsir göstərdiyi Gerrero bölgəsində, eləcə də Aşağı Kaliforniya ştatının Ensenada şəhərində güclü yağışlar və torpaq sürüşmələri nəticəsində 6 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.

Ensenada şəhərində El Pipila dərəsinin yaxınlığında təxminən 300 hərbçi axtarış-xilasetmə işlərinə cəlb olunub.

Bölgədə baş verən daşqınlar nəticəsində nəqliyyat vasitələrinə və yaşayış evlərinə ziyan dəyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu