Hakan Fidan Azərbaycandadır - YENİLƏNİB
Türkiyənin XİN rəhbəri Hakan Fidan Azərbaycana gəlib.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Türkiyəli naziri Heydər Əliyev Beynəlxalq Hava Limanında gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb.
***
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

