Hakan Fidan BRİKS sammitində Quterreşlə görüşüb


Türkiyənin xarici işlər naziri Hakan Fidan və BMT-nin baş katibi Antonio Quterreş Braziliyada keçirilən BRİKS sammiti çərçivəsində görüşüblər.



AFN.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.



"Görüşdə Ukraynadakı münaqişə, eləcə də Qəzza zolağında baş verənlər, Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti və Kipr problemi müzakirə edilib”, - deyə məlumatda qeyd edilir. Mənbələr təfərrüatları açıqlamayıblar.



Qeyd edək ki, BRİKS sammitində Türkiyəni Hakan Fidan təmsil edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu