Hakan Fidan Blinkenlə Qəzzada atəşkəsi müzakirə ediblər
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında Həmas ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyəti müzakirə edib.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli X sosial media hesabındakı paylaşımında Fidanın Blinkenlə telefon danışığı apardığını açıqlayıb.
Yazıda qarşı tərəfin tələbi ilə keçirilən görüşdə HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki hadisələrin müzakirə edildiyi bildirilib.
Mənbə: TRT Haber